Batumidə Xəzər-Qara dəniz nəqliyyat dəhlizinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Batumidə Xəzər-Qara dəniz nəqliyyat dəhlizinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək Tədbirdə regionun infrastruktur məsələləri müzakirə olunacaq
İnfrastruktur
6 Sentyabr , 2016 11:58
Batumidə Xəzər-Qara dəniz nəqliyyat dəhlizinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Bakı. 6 sentyabr.REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində Xəzər-Qara dəniz nəqliyyat dəhlizinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək. "Report"un verdiyi məlumata görə, sentyabrın 15-16-də keçirilməsi nəzərdə tutulan "Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2016" III beynəlxalq konfransın iştirakçıları regionun nəqliyyat dəhlizinin inkişafı, yeni xidmətlər və marşrutlar, dəniz, dəmiryolu və avtomobil daşımaları, Qara dəniz və Xəzər dənizi regionları arasında tranzit yüklərin daşınması və bir çox başqa məsələləri müzakirə edəcəklər.

İkigünlük tədbirin gedişində dünyanın 15 ölkəsindən nəqliyyat vasitələri və daşıyıcı şirkətlərin rəhbər şəxsləri öz şirkətlərində tətbiq edilən təcrübə və yenilikləri ilə bölüşə biləcəklər.

Toplantıda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkmənistan, Özbəkistan, Rusiya və s. ölkələrdən olan şirkətlərin iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi