Baş nazir: “Moldova “Bir yol-bir qatar” layihəsini dəstəkləyir”

Baş nazir: “Moldova “Bir yol-bir qatar” layihəsini dəstəkləyir” Pavel Filip: “Düşünürəm ki, biz birlikdə çox böyük işlər görə biləcəyik”
İnfrastruktur
28 Noyabr , 2017 11:27
Baş nazir: “Moldova “Bir yol-bir qatar” layihəsini dəstəkləyir”
Moldovanın baş naziri Pavel Filip / REUTERS/ Viktor Dimitrov

Tbilisi. 28 noyabr. REPORT.AZ/ “Moldova İpək yolunun inkişafına böyük önəm verir və “Bir yol-bir qatar” layihəsini dəstəkləyirik”.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu Tbilisidə keçirilən “İkinci İpək yolu” beynəlxalq forumda Moldovanın baş naziri Pavel Filip söyləyib.

O deyib ki, Avropa ilə Asiyanı birləşdirən “Bir yol-bir qatar” layihəsi təkcə nəqliyyat dəhlizi deyil: “Bu həm də böyük investisiyalar deməkdir. Bu Moldova üçün də mühüm əhəmiyyət kəsb edir. Bu layihə bizim xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. Ona görə də biz bu layihəyə qoşulmaqla onun inkişafına öz töhfəmizi vermək istəyirik”.

Baş nazir hesab edir ki, Böyük İpək yolu ölkəsi üçün geniş imkanlar açacaq: “Düşünürəm ki, biz birlikdə çox böyük işlər görə biləcəyik”.

Son xəbərlər

Orphus sistemi