Yuxarı

​BANM "Confidence Capital" şirkəti ilə əməkdaşlıq haqqında razılaşma imzalanıb

Sənəd VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı çərçivəsində imzalanıb

Bakı. 9 aprel. REPORT.AZ/ Bakıda keçirilən VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı çərçivəsində Bakı Ali Neft Məktəbi (BANM) və Böyük Britaniyanın "Confidence Capital" şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. "Report" xəbər verir ki, razılaşmanın məqsədi BANM və "Confidence Capital" şirkəti arasında qabaqcıl texnologiyalar, yanacaq-enerji kompleksinin inkişafı haqqında Bakıda, Londonda və digər şəhərlərdə seminarlar, konfranslar, yay və qış məktəbləri, stajkeçmə, ixtisasartırma və yenidənhazırlama kursları təşkil edilməsi vəbiliklərin dövlət orqanlarının, şirkətlərin, müəssisələrin, elm və təhsil mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının mütəxəssislərinin, tələbələrin arasında yayılması sahəsində əməkdaşlığın qurulmasıdır.

Qeyd edək ki, aprelin 9-10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan SOCAR-ın dəstəyi, Böyük Britaniyanın "Confidence Capital" şirkəti və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Bakıda VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı keçirilir. Konfrans Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi