"Bank VTB (Azərbaycan)" tender elan edib

"Bank VTB (Azərbaycan)" tender elan edib Təkliflər iyunun 16-dək təqdim edilməlidir
İnfrastruktur
1 İyun , 2015 16:15
Bank VTB (Azərbaycan) tender elan edib

Bakı. 1 iyun. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC "Elmlər" və "Gənclik" filiallarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar açıq tender elan edib. "Report"un verdiyi xəbərə görə, bu barədə bankın yaydığı məlumatda bildirilir. 

Tender sənədləri ilə bankın Xətai prospekti,38 ("Messenat Plaza") ünvanında yerləşən "Bank VTB (Azərbaycan)"ın baş ofisində tanış olmaq mümkündür.

Tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 16 iyun 2015-ci il saat 15:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) bankın baş ofisinə təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi