Balaxanı yolunda hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Balaxanı yolunda hərəkət məhdudlaşdırılır - XƏRİTƏ Məhdudiyyət 2 gün ərzində qüvvədə olacaq
İnfrastruktur
9 İyun , 2017 10:20
Balaxanı yolunda hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Bakı. 9 iyun. REPORT.AZ/ Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. 

"Azəravtoyol" ASC-dən "Report"a verilən məlumata görə, məhdudiyyət 2 gün ərzində qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi