Balaxanı-Binəqədi avtomobil yolu 3 gün bağlı olacaq

Balaxanı-Binəqədi avtomobil yolu 3 gün bağlı olacaq Qeyd edilən ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
İnfrastruktur
8 Avqust , 2017 16:41
Balaxanı-Binəqədi avtomobil yolu 3 gün bağlı olacaq

Bakı. 8 avqust. REPORT.AZ/ Yaxın 3 gün ərzində Balaxanı-Binəqədi avtomobil yolu bağlı olacaq. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, bu gündən etibarən aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Sabunçu rayonu ərazisində, Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənə qədər, yəni avqust ayının 11-nə kimi qüvvədə olacaq. Sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edirik",- deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi