KOBİA-nın dəstəyi ilə “Bakutel” sərgisində virtual müəssisə təqdim olunur

KOBİA-nın dəstəyi ilə “Bakutel” sərgisində virtual müəssisə təqdim olunur Bu gün Bakıda öz işinə başlamış 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilk dəfə olaraq “KOB Virtual Müəssisə”ni təqdim edir.
İnfrastruktur
3 Dekabr , 2019 14:20
KOBİA-nın dəstəyi ilə “Bakutel” sərgisində virtual müəssisə təqdim olunur

Bu gün Bakıda öz işinə başlamış 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilk dəfə olaraq “KOB Virtual Müəssisə”ni təqdim edir.

“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, “Deloitte” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təqdim olunan virtual müəssisə istehsal xəttini əhatə edir. “KOB Virtual Müəssisə” yeni məhsulun hazırlanmasını və istehsalın qurulması prosesini simulyasiya edir. Məqsəd real müəssisə mühitini canlandırmaqla istifadəçilərə iş rejimi ilə tanış olmaq, müvafiq idarəetmə və əmək vərdişlərinə yiyələnmək və inkişaf etdirmək imkanının yaradılmasıdır.

“KOB Virtual Müəssisə” istehsal prosesi zamanı aktivlərin idarə edilməsi, işçi heyətinin təlimləri, keyfiyyətə nəzarət və proseslərin vahid mərkəzdən idarə edilməsini sınaqdan keçirməyə imkan verməklə, bu istiqamətlərdə xərclərə qənaət edir. Burada istehsal prosesinə onlayn rejimdə nəzarət olunur və məlumatlar dərhal əldə edilir ki, bu da menecerlər üçün idarəetmə prosesini daha çevik edir.

Sərgidə həmçinin, KOBİA-nın təşkilatçılığı, magistral internet provayderi «AzerTelecom» şirkəti və «Paşa Holding»in dəstəyi ilə 10 startap və kiçik sahibkarlıq subyektinin məhsul və xidmətləri ayrıca stenddə nümayiş olunur. İKT sahəsində fəaliyyət göstərən startap və sahibkarlara dəstək məqsədilə yaradılmış xüsusi stenddə tibbi müayinə üçün proqram təminatı və avadanlıqlar, ingilis dili öyrənmə proqramı, kiber təhlükəsizlik xidmətləri, səsli oyuncaq detalları, reklam, otel xidmətləri və internet saytlarının yaradılması ilə bağlı portallar, məişət tullantılarının idarə edilməsi qurğusu, kənd təsərrüfatı sahəsində onlayn aqronom və digər xidmətlər təqdim edilir.

Sərgi çərçivəsində KOBİA və “AzerTelecom” arasaında kiçik və orta biznesə dəstək məqsədilə Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev imzalayıblar. Sənəddə KOB-lara dəstək məqsədilə birgə əməkdaşlıq və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Bakutel” Sərgisi dekabrın 6-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi