Yuxarı

"BakuBus" mayın 9-10-da sınaq rejimində 9 nömrəli marşrut xətti ilə paytaxt sakinlərinin xidmətində olacaq

İlk iki sinaq günündə xəttə 8 avtobus buraxılacaq

Bakı. 7 may. REPORT.AZ/ "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) mayın 9-10-da sınaq rejimində 9 nömrəli marşrut xətti ilə Bakı sakinlərinin xidmətində olacaq.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk iki sinaq günündə 8 avtobus xəttə buraxılacaq. Üçüncü gündən artıq normal rejimdə işə başlayacaq.

Avtobusların gediş istiqamətləri belə olacaq: Təkrar Metal Zavodu (Çermet) - Keşlə bazarı - N. Nərimanov m/s - Gənclik m/s - Tibb Universiteti - Heydər Əliyev Sarayı - Sahil metrosu - Azneft meydanı - Səbayıl meydanı - Su İdman Mərkəzi.

Qayıdış istiqaməti isə belə olacaq: Su İdman Mərkəzi - Səbayıl meydanı - Azneft meydanı - Mərkəzi Bank - Koroğlu parkı - Gənclik m/s - N. Nərimanov m/s - Keşlə bazarı - Təkrar Metal Zavodu (Çermet).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi