Yuxarı

"BakuBus"ın yeni avtobus deposu istifadəyə veriləcək

Qarajda qaz doldurma kompressor stansiyası da fəaliyyət göstərəcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Yaxın günlərdə Bakıda ictimai nəqliyyatda sərnişindaşınma ilə məşğul olan "BakuBus" MMC-nin yeni avtobus deposu istifadəyə veriləcək.

"Report"un xəbərinə görə, "Koroğlu" metrosu yaxınlığında "BakuBus"ın avtobusları üçün yeni qaraj fəaliyyətə başlayacaq. Şirkətin avtobusları sıxılmış təbii qazla - STQ (CNG - Compressed Natural Gas) işlədiyindən depoda “SOCAR-CNG” MMC tərəfindən STQ stansiyasının tikilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, burada inzibati və xidməti binaların da istifadəyə verilməsi planlaşdırılır. "BakuBus"ın ölkəyə tədarük edəcəyi yeni avtobuslar məhz bu depoda yerləşdiriləcəklər.

İlk STQ - qaz doldurma kompressor stansiyası “BakuBus” MMC-yə məxsus Zığ avtobus parkının yaxınlığında, Zığ-Hövsan ərazisində inşa olunub. Stansiya STQ mühərriki ilə təchiz olunan şirkətin istifadəsindəki avtobusları yanacaq ilə təmin edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi