"BakuBus"ın avtobuslarında tariflər fərqli olmayacaq

"BakuBus"ın avtobuslarında tariflər fərqli olmayacaq Nazir müavini Musa Pənahov: "Vətəndaşlardan bircə xahişimiz bu avtobuslara diqqətlə yanaşmaqdır"
İnfrastruktur
12 May , 2015 13:20
BakuBusın avtobuslarında tariflər fərqli olmayacaq

Bakı. 12 may.REPORT.AZ/ Bakı şəhərinin ictimai nəqliyyat sahəsində göstərilən bütün xidmətlərin qiymətləri tənzimlənir. Yeni yaradılan "BakuBus" MMC-də də tətbiq ediləcək qiymətlər bugünkü tariflərlə eyni olacaq.

"Report"un məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov "BakuBus" MMC-yə məxsus avtobuslarda gediş haqqının artırılacağına dair yayılan xəbərləri şərh edərkən bildirib: "Tariflərdə heç bir dəyişiklik olmayacaq".

M.Pənahovun sözlərinə görə, hər bir kəs bilməlidir ki, paytaxta gətirilən yeni avtobuslar daha müasirdir: "Bəlkə də Avropada çox az istifadə olunur. Ona görə də vətəndaşlardan bircə xahişimiz bu avtobuslara diqqətlə yanaşmaq, hər bir şeyi qorumaqdır".

Son xəbərlər

Orphus sistemi