BNA “Baku Bus”un avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib

BNA “Baku Bus”un avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində, Baku Bus MMC-nin 6 saylı avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib.
İnfrastruktur
15 Oktyabr , 2019 17:42
BNA “Baku Bus”un avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində, "Baku Bus" MMC-nin 6 saylı avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib. 

Bununla bağlı "Report"a qurumun mətbuat katibi Mais Ağayev açıqlama verib. 

Onun sözlərinə görə, avtobus hərəkətdə olarkən minik avtomobili arxadan ona sürtülüb. Hadisə nəticəsində nə avtobusda, nə də maşında olan şəxslərə ziyan dəyməyib. Avtobusa dəymiş ziyanın məbləği ilə bağlı isə araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi