Bakı. 11 mart. REPORT. AZ/ Bakıda sərnişin daşınması ilə məşğul olacaq "BakuBus" MMC artıq aprel ayında fəaliyyətə başlayacaq. "Report" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Xalid Ələkbərov "Avto FM 107.7" radiosunun efirində bildirib.
Onun sözlərinə görə, dövlət şirkəti olan "Baku Bus" MMC paytaxtda özəl daşıyıcılarla rəqabət aparacaq.
"Artıq növbəti aydan "BakuBus" işə başlayacaq. Şirkətin 12 sərnişin avtobus marşrutu artıq müəyyən edilib", - X.Ələkbərov bildirib.