“Baku Bus” aeroportda əlavə dayanacaq quraşdırıb

“Baku Bus” aeroportda əlavə dayanacaq quraşdırıb Bakı. 6 noyabr. REPORT.AZ/ Oktyabrın 29-dan “Buta Airways” şirkətinin uçuşlarını Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçirməsi ilə əlaqədar olaraq, BakuBus MMC-yə məxsus Hava Limanı ekspress xəttinin avtobusları üçün 2-ci terminalın qarşısında əlavə dayanacaq təşkil olunub.
İnfrastruktur
6 Noyabr , 2017 11:53
“Baku Bus” aeroportda əlavə dayanacaq quraşdırıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Oktyabrın 29-dan “Buta Airways” şirkətinin uçuşlarını Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçirməsi ilə əlaqədar olaraq, "BakuBus" MMC-yə məxsus Hava Limanı ekspress xəttinin avtobusları üçün 2-ci terminalın qarşısında əlavə dayanacaq təşkil olunub.

“Report” xəbər verir ki, bu barədə “BakuBus”ın mətbuat katibi Mansur Piriyev məlumat verib.

“Artıq sərnişinlər həm 1-ci, həm də 2-ci terminalların qarşısından ekspress xəttin xidmətlərindən istifadə edə bilər. Avtobuslar saat 6:00-dan saat 20:00- qədər yarım saatlıq, saat 21:00-dan saat 6:00-a qədər isə bir saatlıq intervalla aeroport və Bakı Dәmir Yolu Vağzalı istiqamətində hərəkət edir”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi