Yuxarı

"Baksol" yolunun təmiri başa çatır

Yolun 1,4 km-lik hissəsi əsaslı təmir olunub, 2,6 km-lik ərazidə isə təmir işləri hissə-hissə aparılır

Bakı. 25 aprel. REPORT.AZ/ Bakı şəhərinin Ziya Bünyadov prospekti ilə Binəqədi şosesini birləşdirən 4 km-lik “Baksol” avtomobil yolunda təmir işləri yekunlaşmaq üzrədir. “Report” xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilir ki, “Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkətinin intensivliyi nəzərə alınaraq təmir-bərpa işləri yalnız günün qaranlıq saatlarında həyata keçirilir. Artıq yolun 1,4 km-lik hissəsi əsaslı təmir olunub. Ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəz olunub, 2,6 km-lik ərazidə isə hissə-hissə təmir işləri aparılıb. Bununla yanaşı, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib.

Qeyd edək ki, bu gün yolda nişanlanma xətlərinin çəkilməsi və zəruri olan yerlərdə yol nişanlarının quraşdırılması nəzərdə tutulub. İşlər bitdikdən sonra yolda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq bərpa olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi