Bakıya yeni avtobuslar gətirilir

Bakıya yeni avtobuslar gətirilir Nəqliyyat vasitələrini "BakuBus" tədarük edəcək
İnfrastruktur
13 Yanvar , 2016 13:14
Bakıya yeni avtobuslar gətirilir

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda sərnişinlərin hərəkətinin daha asan və rahat olması məqsədi ilə paytaxta yeni avtobusların gətirilməsi nəzərdə tutulur.

"Report"un əldə etdiyi məlumata görə, bu məqsədlə paytaxtda sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC yeni avtobusları xidmətə verməyi planlaşdırır. Məlumata görə, şirkətin bu avtobusları əvvəlki modellərdən fərqli olacaq. Yeni ictimai nəqliyyat vasitələri ağ rəngdə və həcminə görə nisbətən kiçik olacaq.

Qeyd edək ki, hazırda Bakıda "BakuBus"ın xidmət göstərdiyi avtobuslar Fransa istehsalıdır. "İveco” markalı avtobuslar “İveco Crealis” və “İveco Urbanway” olmaqla iki modeldən ibarətdir.

Bakıda 2015-ci ildə keçirilən I Avropa Oyunları ilə əlaqədar Fransanın “CNH Industrial” brendi olan “Iveco Bus” şirkəti tərəfindən Bakıya “Crealis” markalı 151 ədəd yeni avtobus gətirilib. Bununla bağlı Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti ilə "Iveco Frans" şirkəti arasında dəyəri 50 mln. avro təşkil edən müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi