Yuxarı
    Bağlamaq

    Bakıya gələn təyyarə geri qaytarılıb

    Texniki problem səbəbindən Aeroflot şirkəti Moskva-Bakı aviareysini təxirə salıb

    Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün 05:00 radələrində Moskvanın "Şeremetyevo" hava limanından Bakıya gəlməli olan təyyarə yenidən Rusiya paytaxtına qaytarılıb.

    Heydər Əliyev Beynəlxalq Hava Limanından “Report”a verilən məlumata görə, "SU 1854" saylı Moskva-Bakı reysini yerinə yetirən Rusiyanın "Aeroflot" şirkətinə məxsus "Sukhoi Superjet 100-95" markalı laynerdə yaranan texniki problemə görə qarşı tərəf təyyarəni geri çağırıb.

    Qeyd edək ki, bu reysin bu gün 15:00-da yerinə yetiriləcəyi bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi