Bakıya "Berkarar-Türkmənbaşı" adlı yeni bərə gəlib

Bakıya "Berkarar-Türkmənbaşı" adlı yeni bərə gəlib Azərbaycan və Türkmənistan nəqliyyat sahəsində əməkdaşlığı möhkəmləndirir
İnfrastruktur
15 Yanvar , 2015 11:26
Bakıya Berkarar-Türkmənbaşı adlı yeni bərə gəlib

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakı Beynəlxalq Ticarət Limanına "Berkarar-Türkmənbaşı" adlı yeni bərə gəlib. "Report" xəbər verir ki, bərənin gəlməsi münasibətilə təntənəli  mərasimdə Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov iştirak edib. 

Mərasimdə çıxış edən T.Komekov bildirib ki, Azərbaycan və Türkmənistan arasında yüksək səviyyədə ikitərəfli əməkdaşlıq qurulub. Səfir qeyd edib ki, Türkmənistan nəqliyyat sahəsi də daxil olmaqla, mövcud əlaqələri möhkəmləndirməyə davam etmək və bir sıra birgə layihələri həyata keçirmək niyyətindədir.

Т.Komekov bildirib ki, hazırda Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat şəbəkələrini birləşdirmək və müvafiq nəqliyyat marşrutunun yaradılması ilə bağlı işlər aparılır.

Türkmənistan səfiri vurğulayıb ki, "Berkarar-Türkmənbaşı" bərəsinin xəttə buraxılması ölkələr arasında mövcud bərə nəqliyyatı səfərlərini intensivləşdirməyə imkan verəcək. 

Öz növbəsində,  Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov bildirib ki, 2015-ci ilin sonlarında Ələtdə "ro-ro" tipli gəmilər üçün bərə terminalının açılması planlaşdırılır. 

Qeyd edək ki, "Berkarar-Türkmənbaşı" bərəsi 200 sərnişin, 52 yük avtomobili tutur. Bərənin tikintisi Türkmənistan tərəfinə 31 mln. avroya başa gəlib. 

Son xəbərlər

Orphus sistemi