Bakının sıxlıq yaranan əsas küçələrindən biri həftənin sonuna qədər bağlı olacaq

Bakının sıxlıq yaranan əsas küçələrindən biri həftənin sonuna qədər bağlı olacaq Yusif Səfərov küçəsinin daha bir hissəsində təmir işlərinə başlanılıb
İnfrastruktur
4 Aprel , 2017 17:25
Bakının sıxlıq yaranan əsas küçələrindən biri həftənin sonuna qədər bağlı olacaq
azeravtoyol.gov.az

Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda Yusif Səfərov küçəsinin daha bir hissəsində təmir işlərinə başlanılıb. "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, təmir işləri avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində icra edilir. 

"Bu dəfə Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1 250 metrlik hissəsində təmir işləri aparılır. Təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Hazırda ərazidə köhnə asfalt- beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yekunlaşmaq üzrədir. Daha sonra yolun asfaltlanması işlərinə başlanılacaq. Ümumilikdə küçənin 25 min kv. m sahəsi asfaltlanacaq. Asfaltlanma işləri bitdikdən sonra yolcizgi və yolgöstərici xətlər çəkiləcək, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq. Bu küçədə hərəkətin intensivliyi nəzərə alınaraq “Azəravtoyol” işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə kifayət qədər qüvvə cəlb edib. Təmir işlərinin həftə sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, bir müddət bundan öncə Yusif Səfərov küçəsinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Heydər Əliyev prospektinə qədər olan 1,2 km-lik hissəsi də təmir edilib.

Son xəbərlər

Orphus sistemi