​Bakının yollarında yağış-kanalizasiya quyuları təmizlənir - VİDEO

​Bakının yollarında yağış-kanalizasiya quyuları təmizlənir - VİDEO Paytaxtda payız-qış mövsümünə hazırlıq gedir
İnfrastruktur
16 Oktyabr , 2015 14:44
​Bakının yollarında yağış-kanalizasiya quyuları təmizlənir - VİDEO

Bakı. 16 oktyabr. REPORT.AZ/ 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq, Bakı şəhərinin küçə və prospektlərində səth normal sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya quyularının təmizlənməsi işləri həyata keçirilir.

ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, işlər çərçivəsində yol kənarlarında yerləşən yağış barmaqlıqları çıxarılır, yağış-kanalizasiya quyularının içərisi təmizlənir. Bundan başqa, yağış barmaqlıqları olmayan yerlərdə yeni barmaqlıqlar qoyulur, dəyişilməyə ehtiyac olanlar isə yeniləri ilə əvəzlənir. Bu tədbirlər “Azəryolservis” ASC-nin balansında olan və yağış-kanalizasiya sisteminin olduğu bütün küçə, prospektlərdə aparılır.

Həmçinin Ziya Bünyadov, Tbilisi, Azadlıq, Neftçilər, Heydər Əliyev və Nobel prospektlərində, Həsən Əliyev, Səməd Vurğun, Salamzadə, Bakıxanov, Ağa Nemətulla,Təbriz küçələrində, həmçinin Lökbatan dairəsi-Bibiheybət yolu, Binəqədi şosesi və Hava limanı istiqamətində başlanılan işlər artıq yekunlaşmaq üzrədir. Bu istiqamətdə işlər, nəinki paytaxt Bakının küçə və prospektlərində, həmçinin respublikanın bütün avtomobil yollarında da həyata keçirilir. Belə ki, körpülər yerləşən ərazidə çayların yataqları, suötürücü boruların giriş-çıxış hissələri və küvetlər təmizlənir.

Son xəbərlər

Orphus sistemi