Bakının yollarında hava şəraiti ilə əlaqədar sürət həddi azaldılıb

Bakının yollarında hava şəraiti ilə əlaqədar sürət həddi azaldılıb Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir
İnfrastruktur
31 Yanvar , 2017 09:47
Bakının yollarında hava şəraiti ilə əlaqədar sürət həddi azaldılıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Hazırda paytaxtda qarlı hava şəraiti müşahidə edilsə də, paytaxtın yollarında ciddi tıxac yoxdur. 

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev məlumat verib. 

Məlumata görə, meteoroloji amilləri nəzərə alan sürücülər nəqliyyat vasitələrini aşağı sürətlə idarə etdiyindən bəzi küçə və prospektlərdə, o cümlədən Tbilisi prospekti, Ziya Bünyadov prospekti, ("Koroğlu" metro/stansiyası istiqamətində) Heydər Əliyev prospekti,  Xocalı prospekti (mərkəzə doğru), Abdulvahab Salamzadə (mərkəzə doğru), Həsən Əliyev, Yusif Səfərov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sadəcə sıxlıq müşahidə edilir.

Hava şəraiti ilə əlaqədar Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti - Hava limanı istiqamətində, eləcə də Nobel prospekti - Zığ yolu-Hövsan istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Bu addım qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb. 

BNA bir daha sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir.  

Onu da qeyd edək ki, qurum müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib. 

Son xəbərlər

Orphus sistemi