Bakının yeni Baş Planının bəzi detalları açıqlanıb

Bakının yeni Baş Planının bəzi detalları açıqlanıb “Bakı şəhərinin inkişafı sistemli şəkildə həyata keçirilməlidir”.
İnfrastruktur
9 Dekabr , 2019 11:58
Bakının yeni Baş Planının bəzi detalları açıqlanıb

“Bakı şəhərinin inkişafı sistemli şəkildə həyata keçirilməlidir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən "Kreativ Azərbaycan” portalının təqdimatında və “Yaradıcı və mədəniyyət sənayeləri: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirələrdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Anar Quliyev deyib.

Onun sözlərinə görə, bu məsələ paytaxtın yeni hazırlanan Baş Planında öz əksini tapıb: “Həmin sənəddə çoxmərkəzli yanaşma təklif olunur, həmçinin ətraf mühitin mühafizəsi, strateji layihələrlə bağlı məsələlər var. Belə ki, yaradıcı klasterlərin formalaşdırılması öz əksini tapıb”. 

Son xəbərlər

Orphus sistemi