Bakının təkrar mənzil bazarında qiymətlər artıb

Bakının təkrar mənzil bazarında qiymətlər artıb Bakıda ən bahalı mənzil Xətai rayonunda 1,5 mln. dollara satışa çıxarılıb
İnfrastruktur
14 Yanvar , 2015 17:17
Bakının təkrar mənzil bazarında qiymətlər artıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayında Bakı şəhərinin təkrar yaşayış mənzil bazarında satışa təklif olunan mənzillərin hesablanmış orta təklif qiyməti 2 065 dollar/kv.metrdən 0,68% artaraq 2 079 dollar/kv.metrə, milli valyutada isə 1 619 manat/kv.metrdən 0,67% artaraq 1 630 manat/kv.metrə çatıb. "Report"un verdiyi xəbərə görə, bu barədə "MBA Ltd." qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun dekabr hesabatında bildirilir. 

Bazar portfelində ümumi təkliflərin sayı isə 1 997 ədəd təşkil edib ki, bu da öz növbəsində noyabr ayı ilə müqayisədə 2,9%, 2013-cü ilin müvafiq ayı ilə müqayisədə isə 11,8% az olub. Təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 1 200 - 2 000 dollar/kv.m qiymət diapazonunda olan orta qiymətli mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 67,2%-ni təşkil edib. Ümumi təklif portfelinin 19,5%-ni bahalı (2 500 dollar/kv.m-dən artıq) mənzillərin payına düşüb. Təkrar yaşayış mənzil bazarında qiyməti 1 500 dollar/kv.m-dən ucuz olan mənzillərin payı isə 13,3% təşkil edib.

Ümumilikdə dekabr ayında aparılan araşdırmalar göstərir ki, təkrar yaşayış mənzil bazarında təklif olunan bir, iki və çoxotaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq 3,13%, 2,59% və 2,78% artım var. Üçotaqlı mənzillərin qiymətində isə 2,79% azalma müşahidə olunub.

Bаzаrdа dövr еdən mənzillərin оtаq sаy göstəricilərində tədricən bаş vеrən yеrdəyişmə dаvаm еdib, təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. İki, üç və çoxotaqlı mənzillərin təklif sayında azalma, birotaqlı mənzillərin sayında isə artım müşahidə olunub. Nəticədə daha çox azalma iki və daha artıq otaqlı mənzillərin payına düşüb. Təklif portfelində köhnə mənzillərin paylarının azalması əsasən "fransız" və "eksperimental" layihəli binalarda müşahidə olunub.

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil yeni tikili layihəli 4 otaqlı mənzildə qeydə alınıb. "28 May" metro stansiyası yaxınlığında yerləşən 150 kv.m sahəyə malik olan, əla təmirli mənzilin satış qiyməti 4 500 manat/kv.m təşkil edib. Ən ucuz mənzil isə Nəsimi rayonunda, 3-cü mikrorayon ərasizində yerləşən 230 kv.m-lik sahəyə malik yeni tikili, 4 otaqlı mənzildə (650 manat/kv.m) qeydə alınıb.

Hesabat ayında paytaxtın təkrar mənzil bazarında təklif olunan ən bahalı mənzil Xətai rayonunda qeydə alınıb. "Xətai" metro stansiyası yaxınlığındakı 267 kv.m sahəyə malik olan mənzilin satışa çıxarılan təklif qiyməti 1,5 mln. dollar, ən ucuz mənzil isə Abşeron rayonu, Masazır qəsəbəsində yeni tikilən binada qeydə alınıb - 37 kv.m sahəyə malik olan 1 otaqlı mənzilin satış qiyməti 44,5 min dollar olub.

Son xəbərlər

Orphus sistemi