Bakının şimal girişində sıxlıq yaranıb

Bakının şimal girişində sıxlıq yaranıb Bakı Beynəlxalq Avtovağzal Kompleksindən mərkəzə tərəf hərəkət sıxdır
İnfrastruktur
12 Oktyabr , 2016 09:26
Bakının şimal girişində sıxlıq yaranıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı-Sumqayıt şosesində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. 

"Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından paytaxtın mərkəzinə doğru istiqamətdə müşahidə edilir. 

Bundan başqa, Şeyx Şamil küçəsi, Niyazi küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi (İnşaatçılar prospektinə doğru), Həsən Əliyev küçəsi (Tbilisi prospekti ilə kəsişmə) və Dövlət Statistika Komitəsinin qarşısında avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi