Yuxarı
    Bağlamaq

    Bakının şimal girişində hərəkət qismən məhdudlaşdırılır

    Təmir-bərpa işləri aprelin 19-dək aparılacaq

    Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün saat 22:00-dan aprelin 19-u səhər saatlarınadək Bakı şəhərinin şimal girişində, Bakı-Quba-Rusiya sərhədi avomobil yolunun paytaxta doğru olan istiqamətində, Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında təmir-bərpa işləri aparılacaq.

    “Azəravtoyol” ASC-dən “Report”a bildirilib ki, təmir-bərpa işləri yolun sağ kənar iki hərəkət zolağında aparılacaq. Bu səbəbdən həmin zolaqlarla avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Avtomobil yolunun sol kənar iki hərəkət zolağı ilə isə avtonəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Bakıya doğru istiqamətdə avtonəqliyyat vasitələri həmin iki hərəkət zolaqları ilə maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər.

    Təmir-bərpa işləri zamanı yarana biləcək müvəqqəti narahatlığa görə “Azəravtoyol” vətəndaşlardan üzr istəyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi