Bakının Parlament prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Bakının Parlament prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq Bakı. 11 dekabr. REPORT.AZ/ Dekabrın 12-də Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Bakı şəhərinin Parlament prospekti, Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
İnfrastruktur
11 Dekabr , 2017 17:58
Bakının Parlament prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Bakı. 11 dekabr. REPORT.AZ/ Dekabrın 12-də Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Bakı şəhərinin Parlament prospekti, Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, bu səbəbdən qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası saat 07:00-dan tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Son xəbərlər

Orphus sistemi