Bakının Nizami rayonunda içməli su problemi olacaq

Bakının Nizami rayonunda içməli su problemi olacaq Sözügedən ərazidə yeni çəkilən magistral su xətləri mövcud sistemlərə birləşdirilir
İnfrastruktur
4 İyul , 2016 11:59
Bakının Nizami rayonunda içməli su problemi olacaq

Bakı. 4 iyul. REPORT.AZ/ Bakı şəhər Nizami rayonunun bir hissəsində içməli su problemi olacaq.

“Report”a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilən magistral su xətləri mövcud sistemlərə birləşdirilir. Bununla əlaqədar olaraq iyulun 4-də gün ərzində rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi