Bakının Nəsimi rayonunda su kəsiləcək

Bakının Nəsimi rayonunda su kəsiləcək Buna səbəb magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsidir
İnfrastruktur
19 İyun , 2017 10:22
Bakının Nəsimi rayonunda su kəsiləcək

Bakı. 19 iyun. REPORT.AZ/ Bakının Nəsimi rayonunun Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 11:00-dən 18:00-a qədər paytaxtın Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Report” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, yarancaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi