Bakının mərkəzində ​nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakının mərkəzində ​nəqliyyatın hərəkətində sıxlıq yaranıb Şəhərin əksər küçələrində sıxlıqdır
İnfrastruktur
5 May , 2015 08:58
Bakının mərkəzində ​nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakı. 5 may REPORT.AZ/ Hazırda Bakı şəhərinin bir çox küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, bu dəqiqələrdə Afiyəddin Cəlilov küçəsi (Cavanşir körpüsü istiqamətində), Koroğlu Rəhimov küçəsi (Fətəlixan Xoyski küçəsi istiqamətində), Həsən Əliyev küçəsi və Bakı-Sumqayıt şosesində (Beynəlxalq Avtovağzalın qarşısı) avtomobillərin sıxlığı qeydə alınıb.

Eyni zamanda, Azneft dairəsi istiqamətində paytaxtın Niyazi küçəsi, Neftçilər prospekti, Zərifə Əliyeva küçəsində sıxlıqdır. 

Son xəbərlər

Orphus sistemi