Bakının mərkəzində daha bir yol təmirə bağlanıb

Bakının mərkəzində daha bir yol təmirə bağlanıb Yol örtüyünün dəyişməsi işləri bir neçə gün davam edəcək
İnfrastruktur
16 Fevral , 2015 11:42
Bakının mərkəzində daha bir yol təmirə bağlanıb

Bakı. 16 fevral. REPORT.AZ/ Bakı şəhərinin Dilarə Əliyeva küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri ilə əlaqədar olaraq yol bağlanıb.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “Report”a verdiyi məlumata əsasən, uzunluğu 1 370 metr, eni 17 metr olan yolun asfalt beton örtüyünün qaşınıb çıxarılması və beton səki daşının mərmər səki daşı ilə əvəz olunması işləri fevralın 15-də başlayıb və hava şəraitindən asılı olaraq bir neçə gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi