Yuxarı

​Bakının mərkəzində bir sıra küçə və prospektlərdə yol hərəkətində dəyişikliklər təklif edilir

Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi araşdırma aparıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Üzeyir Hacıbəyli küçəsi, Zərifə Əliyeva küçəsi, Aleksandr Puşkin küçəsi, Neftçilər və Azadlıq prospektlərində araşdırmalar aparıb. Tədqiqatlar nəticəsində məlum olub ki, həmin küçə və prospektlərdə yol hərəkətinin sxemdə göstərildiyi qaydada təşkil edilməsi və aşağıda qeyd olunmuş təkliflərin icra edilməsi günün müxtəlif saatlarında yaranan tıxac hallarının qarşısını alacaq.

"Report" NİİM-in təkliflərini təqdim edir:

- A.Puşkin küçəsindən sağa, Ü.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi olaraq hərəkətinin işıqforun əlavə seksiyasında təşkil edilməsi;

- A.Puşkin küçəsindən sola, Ü.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi hərəkətinin işıqforun əlavə seksiyasında təşkil edilməsi;

- Ü.Hacıbəyov küçəsindən sağa, A.Puşkin küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi hərəkətinin işıqforun əlavə seksiyasında təşkil edilməsi;

- A.Puşkin küçəsinin Ü.Hacıbəyli küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsində istiqamətlər arasında rezin arakəsmələrin quraşdırılması;

- A.Puşkin küçəsi ilə hərəkət edib Neftçilər prospekti istiqamətində hərəkət edən avtobusların birbaşa deyil, Zərifə Əliyeva və Keykab xanım Səfərəliyeva küçələri vasitəsilə Neftçilər prospekti istiqamətində hərəkət etməsini təmin etmək məqsədilə, A.Puşkin küçəsində yerləşən avtobus dayanacağını götürərək, Z.Əliyeva və K.Səfərəliyeva küçələrində avtobus dayanacağının quraşdırılması;

- Z.Əliyeva küçəsinin A.Puşkin və K.Səfərəliyeva küçələrinin arasında olan hissəsinin biristiqamətli edilməsi;

- Neftçilər prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin sola, Azadlıq prospektinə, Zərifə Əliyeva küçəsinə və Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağına daxil olmasını təmin etmək məqsədilə “Giriş qadağandır” yol nişanlarının götürülməsi;

- Azadlıq prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin Neftçilər prospektinə çıxışının təmin edilməsi;

- Neftçilər prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin sola, A.Puşkin küçəsi istiqamətində hərəkətinin təmin edilməsi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi