Yuxarı

Bakının mərkəzində asfaltlanmış tarixi yollar yenidən bərpa olunacaq

Bunu Bakı Şəhər Halqası bildirir

Bakı. 29 fevral. REPORT.AZ/ Bakı şəhərinin Niyazi küçəsində, Prezident Administrasiyası ilə Azneft dairəsi arasındakı tarixi daşlı yola asfalt örtüyü çəkilib. "Report" xəbər verir ki, yayda Bakıda keçiriləcək "Formula-1" beynəlxalq yarışı ilə əlaqədar həyata keçirilən bu tədbir sosial şəbəkələrdə böyük müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı "Bakı Şəhər Halqası"ndan (Baku City Circuit) bildirilib ki, bu yarış çərçivəsində həyata keçirilən işlər müvəqqəti xarakter daşıyır və "Formula-1" bitdikdən sonra yollar yenidən əvvəlki görkəminə qaytarılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi