Bakı. 29 fevral. REPORT.AZ/ Bakı şəhərinin Niyazi küçəsində, Prezident Administrasiyası ilə Azneft dairəsi arasındakı tarixi daşlı yola asfalt örtüyü çəkilib. "Report" xəbər verir ki, yayda Bakıda keçiriləcək "Formula-1" beynəlxalq yarışı ilə əlaqədar həyata keçirilən bu tədbir sosial şəbəkələrdə böyük müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı "Bakı Şəhər Halqası"ndan (Baku City Circuit) bildirilib ki, bu yarış çərçivəsində həyata keçirilən işlər müvəqqəti xarakter daşıyır və "Formula-1" bitdikdən sonra yollar yenidən əvvəlki görkəminə qaytarılacaq.