Yuxarı
    Bağlamaq

    Bakının mərkəzi yolları mərhələli şəkildə bağlanacaq

    Bu axşam yollara yolcizgiləri çəkiləcək

    Bakı. 29 mart. REPORT.AZ/ Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. 

    "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən "Azneft" meydanınadək olan hissəsində və Niyazi küçəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. 

    "Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq", - məlumatda qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi