Yuxarı

​Bakının mərkəzi və girişində tıxac yaranıb

Ən böyük sıxlıq Bakı-Sumqayıt şosesində müşahidə olunur

Bakı. 14 may. REPORT.AZ/ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən Xırdalan dairəsində təmir işlərinin aparılması bu gün də Bakı-Sumqayıt şosesində böyük tıxaca səbəb olub. Hazırda ərazidə paytaxt istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Eyni zamanda, Bakının Binəqədi şosesində (şəhər istiqamətində), Ziya Bünyadov prospektində ("Koroğlu" metro stansiyası istiqamətində), o cümlədən Xətai prospektində (Azadlıq prospekti istiqamətində) nəqliyyat vasitələrinin sıxlığı qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi