Bakının mərkəzi küçələrindən birində yeni dönmə qaydası icra olunacaq

Bakının mərkəzi küçələrindən birində yeni dönmə qaydası icra olunacaq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin növbəti təklifi reallaşdırılıb
İnfrastruktur
14 Oktyabr , 2015 16:07
Bakının mərkəzi küçələrindən birində yeni dönmə qaydası icra olunacaq

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakıda M.K.Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində, Həsən Əliyev küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinin geriyə dönməsi təşkil edilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a daxil olan xəbərə görə, bu, NİİM-in təklifi əsasında qeyd edilən hissədə avtomobillərin geriyə dorğu dönmə əməliyyatını həyata keçirmələri üçün şəkildə göstərilən qaydada yolötürücüsünün üzərində geriyə dönmə qaydası icra olunaraq sürücülərin istifadəsinə verilib. 

Son xəbərlər

Orphus sistemi