Bakının mərkəzi küçələrindən birində təmir işlərinin yeni mərhələsinə başlanılıb

Bakının mərkəzi küçələrindən birində təmir işlərinin yeni mərhələsinə başlanılıb Yola asfalt-beton örtüyünün döşənməsi işləri aparılır
İnfrastruktur
25 Mart , 2015 13:23
Bakının mərkəzi küçələrindən birində təmir işlərinin yeni mərhələsinə başlanılıb

Bakı. 25 mart. REPORT.AZ/ Bakının Nəsimi rayonunda Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir. Uzunluğu 220 metr təşkil edən küçədəbeton səki daşları mərmər səki daşları iləəvəzlənib, köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb.

Bunu "Report"a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Mətbuat Katibliyindən bildiriblər.

Məlumata görə, bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.

Sabahdan etibarən kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsinə başlanılacaq.

Son xəbərlər

Orphus sistemi