Bakı. 29 mart. REPORT.AZ/ Nəsimi rayonunda Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrində təmir işləri başa çatdırılıb. Bu haqda "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən bildirilib.
Bu gün səhər saatlarından hər iki küçədə nəqliyyatın hərəkəti tam təmin olunub.
Qeyd edək ki, təmir işləri çərçivəsində beton səki daşları mərmər səki daşları ilə təzələnib, köhnə asfalt-beton örtük yenisi ilə əvəzlənib.