​Bakının mərkəzi küçələrində yeni yağış-kanalizasiya sistemi quraşdırılır

​Bakının mərkəzi küçələrində yeni yağış-kanalizasiya sistemi quraşdırılır Həmçinin səth sularının normal axıdılması üçün səki daşları yenilənir
İnfrastruktur
1 May , 2015 11:46
​Bakının mərkəzi küçələrində yeni yağış-kanalizasiya sistemi quraşdırılır

Bakı. 1 may. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda Yusif Səfərov küçəsindən "Amay" Ticarət Mərkəzinə qədər olan hissədə təmir-tikinti işləri aparılır. Bu işlərin başlaması həmin yolda yağış-kanalizasiya sisteminin olmaması və yağış zamanı yolun sıradan çıxması ilə əlaqədardır.

Bu haqda "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, hazırda həmin ərazidə yeni yağış-kanalizasiya sistemi quraşdırılıb, səth sularının normal axıdılması üçün səki daşları yenilənir: "Yağış barmaqlıqları da qoyulur. Bundan başqa, kommunikasiya xətlərinin asfalt-beton örtüyü qaldırılır və yenisi ilə əvəz edilir. Köhnə asfalt-beton örtüyünün üst qatı qaşınacaq və yenisi ilə əvəz ediləcək".

Ərazidəki yolun təmir işlərinin nə zaman bitəcəyi hələlik məlum deyil. 

Son xəbərlər

Orphus sistemi