Yuxarı

​Bakının mərkəzi küçələrində tıxacdır

Paytaxtın bir sıra hissələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir

Bakı. 30 mart. REPORT.AZ/ Həftənin ilk iş günü Bakı küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Bakı - Sumqayıt şosesində, Əbdülrəhim bəy Haqverdiyev - İnşaatçılar prospekti (Olimp istiqamətində) istiqamətində avtomobillərin sıxlığı yaşanır.

Eyni zamanda Bakıxanov küçəsi (nisbi), Ziya Bünyadov prospekti (kənar yolda Gənclik istiqamətində) Ayna Sultanova parkı (əsas yolda təmir işləri davam edir, yol bağlıdır) Azneft meydanı İstiqlaliyyət və Niyazi küçələrində, habelə Afiyyədin Cəlilov küçəsində (nisbi) sıxlıq var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi