Yuxarı
    Bağlamaq

    Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

    Bu, həmin yollarda Bakı filminin çəkilişləri ilə bağlıdır

    Bakı. 25 avqust.REPORT.AZ/ Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən "Bakı" adlı müasir filmin çəkilişlərinə başlanılıb.

    Bakı Nəqliyyat Agentliyindən "Report"a daxil olan xəbərə görə, bununla əlaqədar əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırılır ki, sentyabrın 11-dək filmin çəkilişinin aparıldığı ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması və təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. 

    Eyni zamanda, bəzi yollar üzrə isə hərəkət qısa müddətə məhdudlaşdırılacaq. 

    Avqustun 25-i və 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində də çəkilişlərin aparılması nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi