Yuxarı
    Bağlamaq

    Bakının mərkəzi küçə və prospektlərində tıxac yaranıb - SİYAHI

    Bir çox marşrut xətləri üzrə avtobuslararası intervalda gecikmələr yaranıb

    Bakı. 28 dekabr. REPORT.AZ/ Bakının mərkəzi küçə və prospektlərində tıxac yaranıb. 

    Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyinin şöbə rəisi Mais Agayev məlumat verib.

    Onun sözlərinə görə, hazırda paytaxtın əksər küçə və prospektlərində, o cümlədən Z.Bünyadov, Neftçilər, Tbilisi prospektləri, F.X.Xoyski, Y.Səfərov, A.Cəlilov, Ü.Hacıbəyov küçələri, "Azneft" dairəsi, Bayıl, Dövlət Bayrağı Meydanının qarşısındakı yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. 

    "Bu səbəbdən bir çox marşrut xətləri üzrə avtobuslararası intervalda gecikmələr yaranıb", - o deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi