Bakının Məhəmməd Hadi küçəsində su borusu yenidən partlayıb

Bakının Məhəmməd Hadi küçəsində su borusu yenidən partlayıb Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığından) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus su xəttində yenidən qəza baş verib.
İnfrastruktur
14 İyun , 2019 15:55
Bakının Məhəmməd Hadi küçəsində su borusu yenidən partlayıb

Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığından) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus su xəttində yenidən qəza baş verib.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün "Azərsu" ərazidə qazıntı işləri aparır. Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi