Bakının magistral yollarında sürət həddi endirilib

Bakının magistral yollarında sürət həddi endirilib Bakı. 18 dekabr. REPORT.AZ/ Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
İnfrastruktur
18 Dekabr , 2018 11:25
Bakının magistral yollarında sürət həddi endirilib
Report
0 : 00
0 : 00

Bakı. 18 dekabr. REPORT.AZ/ Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 

Onun sözlərinə görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".

Son xəbərlər

Orphus sistemi