Bakının küçələrinin birində səki yararsız hala salınıb - FOTO

Bakının küçələrinin birində səki yararsız hala salınıb - FOTO Anar Nəcəfli: "Elə bil, "düşmən malı"dır"
İnfrastruktur
7 Sentyabr , 2016 11:10
Bakının küçələrinin birində səki yararsız hala salınıb - FOTO

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonu, Naxçıvanski küçəsinin Qara Qarayev prospekti ilə kəsişməsindəki səki daşları sökülüb.

"Report" xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat yayıb.

A.Nəcəfli xatırladıb ki, həmin ərazi bir neçə ay öncə təmir edilib: "Bura isə 3-4 ay bundan öncə təmir edilib. Elə bil, "düşmən malı"dır. Bunu edən insanlar bir şeyi anlamırlar ki, buranın təmiri üçün dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılır. Dövlət büdcəsinin də bir hissəsi vergilər hesabına formalaşır, vətədaşların ödədiyi vergi hesabına. Dövlət əmlakına maddi ziyan vurmaqla həmin insanlar dolayısı ilə özlərinə də ziyan vurmuş olurlar".

A.Nəcəfli "Report"a açıqlamasında deyib ki, məsələ ilə bağlı araşdırma aparılacaq: "Həmin səkini maşınlar yararsız hala salıb. Araşdırma aparılacaq və qanunvericilik çərçivəsində tədbir görüləcək".

Son xəbərlər

Orphus sistemi