Bakının daha iki yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bakının daha iki yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Bakı. 23 fevral. REPORT.AZ/ 24.02.2019 saat 22:00-dan 25.02.2019 səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
İnfrastruktur
23 Fevral , 2019 17:42
Bakının daha iki yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bakı. 23 fevral. REPORT.AZ/ 24.02.2019 saat 22:00-dan 25.02.2019 səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə “Report”a Bakı Nəqliyyat agentliyindən məlumat verilib.

“Səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir. Sürücülərdən bunu anlayışlar qarşılamalarını xahiş edirik”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Xocalı prospektində üfiqi nişanlanma xətlərinin çəkilməsi işləri artıq yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi