​Bakının iki yaşayış massivinə su verilişində məhdudiyyətlər olacaq

​Bakının iki yaşayış massivinə su verilişində məhdudiyyətlər olacaq "Azərsu" ASC abonentlərdən üzr istəyir
İnfrastruktur
12 Oktyabr , 2015 11:51
​Bakının iki yaşayış massivinə su verilişində məhdudiyyətlər olacaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün ərzində Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsinə və Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a "Azərsu" ASC-dən məlumat verilib.

Məhdudiyyətlər I və II Kür-Bakı magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi