Bakının iki rayonunda içməli su problemi olacaq

Bakının iki rayonunda içməli su problemi olacaq Məhdudiyyətə səbəb magistral su kəmərində qəzanın baş verməsidir
İnfrastruktur
16 Fevral , 2017 11:14
Bakının iki rayonunda içməli su problemi olacaq

Bakı. 16 fevral. REPORT.AZ/ Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə əsasən, məhdudiyyətə səbəb Nəsimi rayonu Bakıxanov küçəsindən keçən 500 mm diametrli magistral su kəmərində qəzanın baş verməsidir.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi