Bakının iki rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının iki rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq Məhdudiyyət Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədardır
İnfrastruktur
20 İyun , 2017 16:42
Bakının iki rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı. 20 iyun. REPORT.AZ/ Sabah saat 09:00-dan 15:00-dək Bakı şəhərinin Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, məhdudiyyət Nəsimi rayonu, Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədardır.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi