Bakının iki küçəsində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün işlərə başlanılıb

Bakının iki küçəsində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün işlərə başlanılıb Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində nəqliyyatın normal axınına maneə yaradan halların aradan qaldırılması işlərinə başlayıb.
İnfrastruktur
12 Noyabr , 2018 17:05
Bakının iki küçəsində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün işlərə başlanılıb
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində nəqliyyatın normal axınına maneə yaradan halların aradan qaldırılması işlərinə başlayıb.

Bu barədə “Report”a BNA-dan bildirilib.

Məlumatda deyilir ki, qurumun (BNA) mütəxəssislərinin hazırladığı layihəyə əsasən, Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi soladönmə zolağı təşkil ediləcək və sola dönən nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq. 

“Bununla yanaşı, Təbriz küçəsində piyada keçidinin təşkili də nəzərdə tutulub.

Layihənin reallaşması ilə Həsənoğlu-Təbriz küçələrində nəqliyyat ləngimələrinin aradan qalxması, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, piyadaların rahatlığının təmin edilməsi mümkün olacaq.

Xatırladaq ki, Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin svetoforun eyni fazasında hərəkət etmələri qeyd edilən yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir”, - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi