Yuxarı

​Bakının iki əsas prospektində tıxac var

Nəqliyyat vasitələri şəhər istiqamətinə doğru sıx hərəkət edir

Bakı. 18 iyun. REPORT.AZ/ Bu dəqiqələrdə Bakı şəhərinin bəzi avtomobil yollarında nəqliyyatın hərəkətində nisbi sıxlıq müşahidə olunur.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hazırda Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı, mərkəz istiqamətində) və Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətində sıxlıq var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi